Qazaxıstanda daha 6 631 nəfər koronavirusa yoluxdu

25 İyul 2021 10:18

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 631 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 529 269, ölənlərin sayı isə 5 382 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 757 nəfər, hazırkı dövrədək isə 446 996 nəfər sağalıb.

Milli.Az