Azərbaycan gimnastı Marina Nekrasova Tokio Olimpiadasında təsnifat mərhələsində çıxış edib

25 İyul 2021 08:54

Azərbaycan idmançısı Marina Nekrasova (qadın idman gimnastikası) Tokio-2020 yay Olimpiya oyunlarının təsnifat mərhələsində çıxışını başa vurub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Marina Nekrasova birinci alt qrupda çıxış edib. Gimnast müxtəlif hündürlüklü qollar (10.833 bal), gimnastika tiri (12.266 bal), sərbəst hərəkətlər (12.000 bal) və dayaqlı tullanma (12.666 bal) üzrə çıxış nümayiş etdirib.

M.Nekrasovanın fərdi çoxnövçülükdə 48.232 bal qazanıb.

birinci alt qrupda çıxış üzrı gimnastımız 10-cu yerdədir. Daha sonra gün ərzində dörd alt qrupdan gimnastların yarışı baş tutacaq. Bütün çıxıçların nəticələri üzrə fərdi çoxnövçülükdə (24 gimnast) və ayrı növlərdə (hər növdə səkkiz gimnast) finalçılar müəyyənləşəcəklər.

Qadınlar arasında idman gimnastika yarışları 25 iyul - 3 avqust tarixlərində keçirilir.

Milli.Az