Bayıl yamacında yanğın başlayıb - VİDEO

25 İyul 2021 00:28

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində, dağətəyi yerdə yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı əsasən quru ot, kol-kos yanıb. Yanğın hazırda da davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.

Milli.Az