Koronavirusa yoluxan məşhurun son durumu

24 İyul 2021 14:01

Koronavirusa yoluxan türkiyəli aktrisa Tuba Büyüküstün 4 gün xəstəxanada müalicə alıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə kino ulduzu instaqramda məlumat verib.

Aktrisa bildirib ki, artıq evə buraxılıb: "İndi özümü kifayət qədər yaxşı hiss edirəm, səhhətim barədə sizi məlumatlandırmağa davam edəcəyəm".

Qeyd edək ki, aktrisa Murad Bozla "Another Self" adlı serialda baş rola çəkilir. Tubanın koronavirusa yoluxma səbəbindən çəkilişlər yarımçıq qalıb.

Milli.Az