İsrailli cüdoçu ilə qarşılaşmaqdan imtina etdi – Tokio-2020-dən uzaqlaşdırıldı

24 İyul 2021 15:21

Əlcəzair cüdoçusu (73 kq.) Fəthi Nurin Yay Olimpiya Oyunlarından uzaqlaşdırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, iyulun 23-də İsrail idmançısı Tohar Butbulla qarşılaşacağını bildikdən dərhal sonra tatamiyə çıxmaqdan imtina qərarı verib.

"Püşkatmada bəxtimiz gətirmədi. Bizə İsrail idmançısı rəqib oldu. Ona görə də biz yeganə doğru qərarı qəbul etdik" - deyə millinin baş məşqçisi bildirib.

İsrail KİV-ləri yazır ki, 2019-cu ildə Fəthi Nurin Butbulla qarşılaşmamaq üçün dünya çempionatından da imtina edib.

Milli.Az