Rusiyada COVID-19-dan ölənlərin sayı 153 mini keçib

24 İyul 2021 13:14

Rusiyada son sutka ərzində daha 23 947 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 6 102 469 nəfərə çatıb.

Son sutka ərzində 799 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 153 095 nəfərə çatıb.

Milli.Az