Sumqayıtda "Hyundai" yandı

24 İyul 2021 12:52

Sumqayıt şəhərində "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az