“Tokio-2020”: Ruslan Lunyov mübarizəyə qoşulub

24 İyul 2021 09:47

Tokioda Azərbaycan idmançılarının da iştirak etdiyi Yay Olimpiya Oyunları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın daha bir idmançısı mübarizəyə qoşulub. Belə ki, təmsilçimiz Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında iştirak edir.

Qeyd edək ki, R.Lunyov "Rio-2016"da debüt edib və 10 metr məsafə üzrə atəşaçma yarışlarında 15-ci pillədə qərarlaşıb.

Milli.Az