Önümüzdəki aylarda “Delta” ştammının yayılması daha çox olacaq

24 İyul 2021 08:18

"Qarşıdakı aylarda koronavirusun "Delta" ştammı dominatlığını qoruyub saxlayacaq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi ilə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yayımladığı məlumatda bildirilib.

"Mövcud tendensiyalara əsaslanaraq, "Delta" variantı yaxın aylarda dünyada hökm sürən gərginlik yaradacaq. Artıq demək olar ki, bu, bütün Avropa ölkələri üçün də müəyyənləşdirilib", məlumatda vurğulanıb.

Hesabatda, həmçinin, qeyd edilib ki, daha rəqabətli virus ortaya çıxmasa, "Delta" digər ştammlardan daha çox yayılmağa davam edəcək.

Milli.Az