Filippin sahillərində 6,4 bal gücündə zəlzələ olub

24 İyul 2021 08:03

Filippin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Batanqas şəhərindən 31 kilometr qərbdə, ocağı isə 173 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az