Əfqanıstan və ABŞ prezidentləri arasında telefon danışığı olub

24 İyul 2021 07:45

Əfqanıstan prezidenti Əşrəf Qani və ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Əfqanıstan prezidenti yazıb.

Ə.Qani bildirib: "Bu gün axşam prezident Baydenlə telefonda danışdım. <...> Məni Əfqanıstanın Silahlı Qüvvələrinə dəstəyin davam edəcəyinə inandırdı".

Onun sözlərinə görə, liderlər iki dövlət arasındakı əməkdaşlığı, Əfqanıstan hökuməti və ordusuna iqtisadi və diplomatik dəstəyi və "son 20 ildə əldə edilən uğurların saxlanılmasının" vacibliyini də müzakirə ediblər.

Milli.Az