İsrail polisi ilə toqquşmalarda 146 fələstinli xəsarət alıb

24 İyul 2021 07:25

İordan çayının Qərb sahilində İsrail polisi ilə toqquşmalarda 146 fələstinli xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən bildiriblər.

Məlumata əsasən, onlardan 34 nəfəri rezin güllələrdən, 9 nəfəri odlu silahdan yaralanıb, 87 nəfəri gözyaşardıcı qazdan xəsarət alıb, 7 nəfəri yanıq xəsarətləri alıb, digər 9 nəfəri isə polislər tərəfindən döyülərək xəsarətlər alıblar.

Milli.Az