Qazaxda göldə batan şəxsin meyiti tapılıb

24 İyul 2021 07:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax rayonu, Çaylı kəndində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) göldə batması barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Qazax rayonu, Çaylı kəndində göldə batan 1987-ci il təvəllüdlü Bayramov Anar Arzu oğlunun axtarışları başa çatıb.

A.Bayramovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az