20 yaşlı gənci vuran sürücü saxlanılıb

23 İyul 2021 23:15

23:15

Tovuzda piyadanı vuran sürücü saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Əsədov Subhanı vuran "VAZ 2107" markalı avtomobilin sürücü polis tərəfindən saxlanılıb.

---------

22:49

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yol keçmək istəyən 2001-ci il təvəllüdlü Əsədov Sübhan Tofiq oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az