Şəmkirdə baş verən qəzada ər-arvad dünyasını dəyişib

23 İyul 2021 22:16

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ "markalı avtomobil toqquşub.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

İki minik avtomobilin toqquşması zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1936-cı il təvəllüdlü Əkbərov Əli Tağı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əkbərova Gülvar Qoşqar qızı hadisə yerində ölüblər.

Qəzada ölənlər ər-arvaddır.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az