Kamil Xasiyev Azərbaycanın Serbiyada səfiri təyin edildi

23 İyul 2021 15:20

Prezident İlham Əliyev K.T.Xasiyevin Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli.Az