İranda qatar relsdən çıxaraq aşdı

23 İyul 2021 17:18

İranda qatar relsdən çıxaraq aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Lorestan əyalətinin Durub bölgəsində bu gün cənub istiqamətinə hərəkət edən yük qatarı relsdən çıxıb və aşıb.

Cənub və şimal istiqamətində iki sərnişin və bir yük qatarı yolda qalıb.

Hazırda yolun açılması istiqamətdə işlər görülür.

Milli.Az