Vilayət Quliyev Azərbaycanın Macarıstandakı səfiri vəzifəsindən geri çağırıldı

23 İyul 2021 15:02

Prezident İlham Əliyev V.M.Quliyevin Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Milli.Az