TQDK Sənəd Qəbulu Komissiyasının üç üzvünü işdən uzaqlaşdırıb

30 Aprel 2010 20:38
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb TQDK-nın "Qaynar xətt"inə sözügedən SQK-də abituriyentlərdən ərizələrinin təsdiqi üçün ödəniş tələb olunması barədə məlumat daxil olmasıdır. Məlumat TQDK tərəfindən araşdırılıb və həmin SQK-da qeyd olunan neqativ hala yol verildiyi təsdiqini tapıb.

TQDK bir daha abituriyentlərin nəzərinə çatdırıb ki, onlar elektron ərizələrini təsdiq etdirmək üçün SQK-da heç bir ödəniş etməməlidirlər.

/APA/