Premyer Liqada vaksinasiya məcburi oldu

23 İyul 2021 12:22

İngiltərə Premyer Liqasında koronavirus pandemiyasına qarşı vaksinasiya məcburi olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, futbolçular, məşqçilər və klub nümayəndələri oktyabrın 1-dək vaksin olunmalıdır.

Bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib. Vaksin olunmayanlar çempionat matçlarına buraxılmayacaqlar.

Milli.Az