Sabirabadda 52 yaşlı qadın qətlə yetirilib

22 İyul 2021 23:38

Sabirabadda qətl törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad şəhərindəki uşaq bağçalarının birində gözətçi işləyən və orda yaşayan Sabirabad rayonunun Ulaclı kənd sakini, 1969-cu il təvəllüdlü Ağayeva Mübarək Azadə qızının küt alətlə qətlə yetirilmiş meyiti aşkar edilib. Onun kim tərəfindən və nə vaxt qətlə yetirildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad rayon prokuroluğu tərəfindən cinayət işi açılıb.

Milli.Az