Vasif Durarbəyli şahmat üzrə dünya kuboku yarışlarında qələbə qazanıb

22 İyul 2021 23:33

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, şahmatçımız Vasif Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib. V.Durarbəyli birinci partiyada qələbə qazanaraq, turnirə qələbə ilə başlayıb.

Dünya kubokuna qatılan Azərbaycanın yeddi şahmatçısından altısı - Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Milli.Az