Rusiyada koronavirusun “Qamma” variantı yayıldı

22 İyul 2021 19:24

Rusiyada koronavirus infeksiyasının "Delta" kimi daha yoluxucu olan "Qamma" variantı yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Rusiya Federasiyası ərazisində "Delta" variantı geniş yayılıb və "Qamma" variantı da aşkarlanıb", - deyə mərkəzdən bildirilib.

Qeyd olunur ki, "Qamma" və "Delta" daha çox yoluxucu olduğundan və anticisimlərin təsirini azalda bildiyindən "narahatlıq doğuran" kateqoriyasına aid edilib.

Milli.Az