Meyxanaçı Kərimə ağır itki

22 İyul 2021 17:28

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimə (Kərim Novruzov) ağır itki üz verib.

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, meyxana ustadı Ağamirzə Kərimin qardaşının dünyasını dəyişdiyini bildirib:

"Kərimdən yaşca kiçik idi. Onun səhhəti Kərimdən də ağır idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayağını kəsdilər, böyrəkləri işləmədi, həftədə bir neçə dəfə dializə gedib-gəlirdi. Müalicənin köməyi olmadı, on gün olar ki, rəhmətə gedib".

Kərimin sağlıq durumuna gəlincə, sənət dostu onun səhhətində müsbət irəliləyiş olmadığını deyib:

"Kərim necə var elədir, səhhətində müsbət dəyişiklik yoxdur. Ümidimiz Allahadır. Heç qardaşının ölümündən də xəbəri yoxdur, o halda deyil ki, ona ağır xəbər versinlər. Kərim heç yaxşı deyil".

Milli.Az