Azərbaycan Prezidenti Naftalan şəhər hava limanı ilə tanış olub - FOTO

22 İyul 2021 17:01

İyulun 22-də Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirildi ki, 1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub. Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.

Milli.Az