Alişan qardaşının vəfatından yazdı: “Dualar etdik, amma...”

22 İyul 2021 18:42

Ötən gün müğənni Alişanın 41 yaşlı qardaşı Səlcuq Təkdaş vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, sənətçi qardaşının vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O, şəxsi "Instagram" hesabında qardaşı və övladlarının fotosunu yayımlayaraq bunları yazıb:

"Qardaşım, bizi yetim qoyub getdin. Sən mənim qardaşım, dostum, hər şeyim idin. İndi sənsiz nə edəcəm? Dualar etdik, amma heç bir faydası olmadı.

Allahım səni bizdən daha çox istədi və yanına apardı. 2 uşağım və 2 qardaşım uşağı var idi, artıq 4 uşağım var. Sən rahat yat, onlar mənə əmanətdirlər.

Səni çox sevirəm qardaşım. Yaşadığın müddətdə məni qürurlandırdığın hər an üçün təşəkkür edirəm. Səni bir də görə bilməmək məni dəli edir. Allah məkanını cənnət etsin".

Qeyd edək ki, Alişanın qardaşı Səlcuq koronavirusdan vəfat edib.

Milli.Az