Hadisənın FOTOsu Nyu-Yorkun məşhur küçəsində

22 İyul 2021 16:40

Türkiyəli məşhur müğənni Hadisənin fotosu Nyu-Yorkda Tayms-skverdəki binalardan birində əks olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Hadisə özü İnstaqram hesabında yazıb:

"Mənim adım Hadisədir. Xəyal etdiklərimi reallaşdırmaq, danışmaq istədiklərimi demək və yaşamaq istədiklərimi yaşamaq üçün qorxmuram! Sərbəst oxuyuram və rəqs edirəm.

Bu gün özümü Nyu-Yorkdakı Tayms-skverdə görəndə bir daha əmin oldum ki, qadınların səsini daha çox eşidəcəksiniz".

Qeyd edək ki, bu yaxınlarda aktyor Kaan Yıldırımdan ayrılan Hadisə "Gloria Jean's Coffees"in sahibi Mehmet Dinçerlerlə sevgilidir.

Milli.Az