Tokioda daha iki idmançı koronavirusa yoluxub

22 İyul 2021 17:06

Tokioda Yay Olimpiya oyunlarında iştirak edən iki slovakiyalı idmançı koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin idmançıların adı və məşğul olduqları idman növü hələlik açıqlanmır. İdmançılar iki həftə müddətinə karantinə alınıb.

Qeyd edək ki, son bir neçə gün ərzində 10-dan çox idmançı və heyət üzvündə koronavirusa yoluxma aşkarlanıb.

Tokio-2020 Yay Olimpiya oyunlarının açılış mərasimi avqustun 23-də keçiriləcək. Yarışlar avqustun 8-dək davam edəcək.

Milli.Az