Rusiyada təyyarənin qəzaya düşdüyü yerdən daha iki cəsəd qalığı tapıldı

22 İyul 2021 15:52

Xilasedicilər "An-26" tipli sərnişin təyyarəsinin Kamçatkada qəzaya düşdüyü ərazidə daha iki cəsəd qalığı aşkar ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin fövqəladə xidmət nümayəndəsi verib.

Ümumilikdə axtarışlar başlayandan bu günə qədər şəxsiyyəti təyin edilməmiş 265 cəsəd qalığı və 22 cəsəd aşkar olunub. Təyyarənin qəzaya düşdüyü ərazidə hazırda 15 nəfər və 6 texnika axtarış işlərini davam etdirir.

Qeyd edək ki, "An-26" tipli sərnişin təyyarəsi iyulun 6-sı qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 28 nəfərin hamısı həlak olub.

Milli.Az