Prezident İlham Əliyev Daşkəsən rayonunda səfərdədir - FOTO

22 İyul 2021 13:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

Xəbər yenilənəcək

Milli.Az