Polad Həşimovun adına yerləşən parkda ağacəkmə mərasimi həyata keçirilib

22 İyul 2021 11:32

Polad Həşimovun adına yerləşən parkda ağacəkmə mərasimi həyata keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ağacəkmə mərasimində Polad Həşimovun anası Səmayyə Həşimova, oğlu və ailə üzvləri də iştirak edib.

S.Həşimova Polad Həşimovun xatirəsinin əbədiləşdirildiyi üçün hər kəsə təşəkkür edib:

"Qoy, əkilən ağacların kölgəsində böyüyəcək minlərlə körpə balalarımız da Polad Həşimov kimi vətənpərvər olsunlar. Ağacəkmə mərasimində Poladın oğlu da iştirak etdi. Yəqin ürəyində deyir ki, ata, ruhun şad olsun!"

Milli.Az