Ermənistanda COVID-19-a yoluxanların sayı 228 161-ə çatıb

22 İyul 2021 12:28

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 225 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 228 161 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 2 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4575 nəfərə yüksəlib.

Milli.Az