Gürcüstanda koronavirusa daha 2 261 yoluxma qeydə alınıb, 18 nəfər ölüb

22 İyul 2021 11:46

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 261 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və ictimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 395 621, xəstəlikdən ölənlərin sayı isə 5 636 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 369 483 nəfərin sağaldığı bildirilir.

Milli.Az