Panamada güclü zəlzələ olub

22 İyul 2021 11:28

Panama sahillərində rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Panamanın rəsmi dairələri açıqlama yayıb. Məlumata görə, yeraltı təkanların episentri yerin 22 kilometr dərinliyində qeydə alınıb. Sunami xəbərdarlığı edilməyib.

Lakin yüngül dağıntıların olduğu bildirilir. Tələfat barədə məlumat yoxdur.

Milli.Az