Dünya bazarlarında təbii qazın qiyməti azaldı

22 İyul 2021 11:58

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 1,44% azalaraq 3,90 ABŞ dolları təşkil edib.

Milli.Az