Qvineya yığması Tokyo-2020-də iştirakdan imtina etdi

22 İyul 2021 07:55

Qvineya yığması koronavirus pandemiyası səbəbiylə Tokio Olimpiadasına qatılmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin idman naziri Sanussi Sou deyib.

S.Sou bildirib: "COVID-19-a yoluxmaların sayının artması səbəbindən və Qvineyalı idmançıların sağlamlığından narahat olan hökumət ölkənin Tokio Oyunlarında iştirakından imtina etmək qərarına gəlib".

Qeyd edək ki, Tokyo-2020 Yay Olimpiya Oyunlarının açılışı iyulun 23-ü baş tutacaq. Qvineyanı yarışlarda 5 idmançı təmsil etməli idi.

Milli.Az