Azərbaycanda gecə saatlarında dəhşət: Yaralı var

21 İyul 2021 23:39

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

Milli.Az azerforum-a istinadən xəbər verir ki, magistral yolun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Hyundai" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Məlahət Quliyeva xəsarət alıb. Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az