Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən "köhnə çörəkbişirmə" zavodunun həyətində yüksək gərginlikli elektrik enerjisi qutusuna düşərək yanmış kişi meyiti aşkar edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, tanınmaz halda aşkar edilən meyitin kimə məxsus olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Milli.Az