Tacikistanda sel və daşqınlar 12 nəfərin həyatına son qoyub - FOTO

21 İyul 2021 21:10

Tacikistanın Soqd vilayətinin Kiştudak yaylağında sel və daşqınlar 10 nəfərin həyatına son qoyub, yaralananlar var. Vilayətin Daşti Kozi kəndindəki daşqın nəticəsində isə iki qadın ölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vilayətin əksər kəndlərinə gedən yollar, elektrik xətləri, körpülər dağılıb, 30-dan artıq yaşayış evinə ziyan dəyib. Bildirilir ki, çox sayda xırda və iribuynuzlu mal-qara tələf olub.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Milli.Az