Özbəkistan əhalisi 35 milyona çatıb

21 İyul 2021 20:40

Bu il iyulun 1-nə olan məlumata görə Özbəkistanın əhalisi 34 milyon 860 min 170 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əhalinin 17,7 milyonu şəhərlərdə, 17,2 milyonu isə kənd yerlərində yaşayır.

Bildirilir ki, bu ilin əvvəlindən ölkə əhalisi 301 min nəfərdən çox artıb. Bu rəqəmə Özbəkistanda doğulan uşaqlarla yanaşı, ölkədə vətəndaşlıq alan şəxslər də daxildir.

Milli.Az