Litva Avropa İttifaqında qida məhsullarının ən ucuz olduğu ölkələr sırasındadır

21 İyul 2021 19:20

Ötən il qida məhsulları və alkoqolsuz içkilərin qiymətlərinin ucuzluğu baxımından Litva Avropa İttifaqı ölkələri arasında ilk beşlikdə qərarlaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) Statistika Agentliyi "Eurostat" yayıb.

"Eurostat"ın məlumatına görə, Aİ-də ən ucuz qida məhsulları və alkoqolsuz içkilər Rumıniya, Polşa, Macarıstan və Bolqarıstanda satılır. Bu məhsulların ən baha qiymətə satıldığı ölkələr isə Danimarka, Lüksemburq, Avstriya, İsveç və Finlandiyadadır.

Milli.Az