21 yaşlı oğlanın dənizdən meyiti tapıldı

21 İyul 2021 18:12

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az