Azərbaycanda oğul atasını avtomobillə vuraraq öldürdü

21 İyul 2021 17:12

Qubada bədbəxt hadisə nəticəsində oğul atasını öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az