“Liverpul” hücumçusunu 7,5 milyona satdı

21 İyul 2021 14:36

İngiltərənin "Liverpul" klubu daha bir futbolçusu satıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Mersisaydlıların hücumçusu Tayvo Avoniyi karyerasını Almaniyada davam etdirəcək. O, "Union" klubuna keçib.

Berlin təmsilçisi 23 yaşlı nigeriyalı üçün 7,5 milyon avro ödəyib. Avoniyi ötən mövsümü icarə əsasında bu klubda keçirib.

Qeyd edək ki, futbolçu əvvəllər "Mayns", "Neymegen", "Muskron" və "Gent"də də icarədə olub.

Milli.Az