"Patı" satan 51 yaşlı kişi saxlanıldı

21 İyul 2021 13:54

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 51 yaşlı İsmayıl İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az