Binadan yıxılan 17 yaşlı oğlan xəstəxanada öldü

21 İyul 2021 14:00

Bakıda 17 yaşlı oğlan yaşadıqları binanın 10-cu mərtəbəsindən yıxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Ağaverdi Ağaverdiyev ehtiyatsızlıqdan eyvandan düşüb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən Ağaverdiyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az