Göyərtəsində 45 sərnişin olan təyyarə qəzaya düşdü

21 İyul 2021 14:06

Somalidə sərnişin təyyarəsi qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ölkənin cənubunda, Qedo rayonunda yerləşən "El-Vak" hava limanında baş verib.

Təyyarənin göyərtəsində 45 sərnişinin olduğu bildirilib.

Hadisənin digər təfərrüatı barədə məlumat verilməyib.

Milli.Az