Müğənni Elnarə bacısı ilə... - FOTO

21 İyul 2021 13:00

Müğənni Elnarə Xəlilova sosial şəbəkədə bacısıyla fotolarını paylaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı şəklə bu sözləri qeyd edib:

"Bacı candır. Həmişə elə bilirdik ki, heç bənzəmirik. Mən ağbəniz, o qarabuğdayı. Mənim gözlərim xırda şabalıdı, onunki iri və qara. Nəslimizdə hamımız beləcə iki sortuq. Bütün əmi və bibi qızlarım. Yarısı sarı alagöz, digəri qara şəvə saç. Amma illər ötdükcə bütün fərqli cəhətlərimizə baxmayaraq, daha çox bənzədiyimizin fərqinə vardıq. Allah bütün bacı və qardaşları öz pənahında saxlasın. Allah hamısına can sağlığı versin". 

Milli.Az