"Qoçun başına yaylıq bağlayıb reklam edirlər"

21 İyul 2021 16:05

"Dərdim var, danışmalıyam. İllərlə əsrlərlə hər şeyə qatqılar qatılıb. İnsanlara elə formada çatdırılır ki... Dindən anlayışım yoxdur, amma bunu deməliyəm. Qoyun, dəvə kəsmək olar. Amma məcburiyyətində olan insan üçün kəsə bilərsən. Elə yerdə olarsan ki, yeməyin olmaz. O insan ki, çoxdandır ət yemirsə, qurban ona halaldır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "10-da görüşək" verilişində deyib. Sənətçi Qurban bayramında qurbanlıq kəsməyin əleyhinə olduğunu bildirib:

"Sən qoçun başına yaylıq bağlayıb, bant qoyursan... Bu ifrat dərəcəsinə gətirilib. 150 manat qoyuna verirsən. Bunun da alveri başlayıb. Qoyunu Allah yolunda etməlisiz. Gözləyirlər ki, bayram gəlsin 200 manata qoyun satsınlar. Kimi də qurban kəsir, əti qonşuya verib çəkib paylaşır. Ayıbdır. Hər şeyi reklam etmək olmaz".

Milli.Az