Bakıda "Saipa" yandı

21 İyul 2021 12:42

Bakı şəhərinin Xəzər rayonunda "Saipa" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az